Bildiyiniz kimi, Laçında beynəlxalq hava limanının tikintisi davam etməkdədir. Eləcə də Zəngilanda hava limanı bu il açılacaq.
Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlətimizin başçısı Laçında hava limanının yəqin ki, 2024-cü ildə açılacağını qeyd edib.