Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq
Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq

Azərbaycan və Malayziya arasında turizm əlaqələri müzakirə edilib

Yazar: Ekoloji Informasiya IB Kateqoriya: Qarabağ Ekoturizm

29

İyn
2022
Azərbaycan və Malayziya arasında turizm əlaqələri müzakirə edilib

Azərbaycan və Malayziya arasında turizm əlaqələri müzakirə edilib

İyunun 28-də Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci konfransı çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Malayziyanın mədəniyyət, incəsənət və turizm naziri Həcəh Nansi Şükri arasında görüş keçirilib.

Görüşdə Asiya turizm bazarının Azərbaycan üçün önəmli olduğunu qeyd edən Fuad Nağıyev Dövlət Turizm Agentliyinin bu istiqamətdə Asiya ölkələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Agentlik sədri Azərbaycanın Malayziya ilə də turizm sahəsində əməkdaşlığa maraq göstərdiyini, qarşılıqlı infoturların və turist səfərlərinin təşkilində aktiv fəaliyyət göstərməyə hazır olduğunu deyib.

Fuad Nağıyev çıxışı zamanı 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı Malayziya həsr olunmuş mədəniyyət günlərinin təşkil edildiyini və bu hadisənin paytaxt Bakıda böyük marağa səbəb olduğunu həmkarının diqqətə çatdırıb.

Azərbaycanla Malaziya arasında birbaşa uçuşların təşkil edilməsinin önəminə toxunan Malayziyanın mədəniyyət, incəsənət və turizm naziri Həcəh Nansi Şükri Malaziya üçün Azərbaycanla turizm əlaqələrinin inkişafının əhəmiyyət kəsb etdiyini, ölkəsinin turist axınının artırılmasında qarşılıqlı əməkdaşlıq etməyə və bu çərçivədə birgə turların həyata keçirilməsinə hazır olduğunu bildirib.

Cavab yazın