Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq
Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq

Suqovuşanda turistlər üçün ideal şərait yaradılıb

Yazar: Ekoloji Informasiya IB Kateqoriya: Qarabağ bugün

24

Noy
2023

Qarabağekoturizm.comun xəbərinə görə, Prezident İlham Əliyev oktyabrın 15-də işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində olub və istirahət mərkəzinin açılışını edib.

Qarabağ Regional Turizm İdarəsinin rəisi Hikmət Heydərov Qarabağekoturizm.com-a bildirib ki, Suqovuşan İstirahət Parkının təməlqoyma mərasimi 20 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmişdir. Parkda əhalinin mədəni istirahətini təmin etmək məqsədilə uşaq əyləncə meydançası inşa edilmiş, söhbətgahlar və idman qurğuları quraşdırılmışdır. Həmçinin ziyarətçilər parkda yaradılan piyada gəzinti yolundan rahatlıqla istifadə edə bilər. Turizm İnformasiya Mərkəzi, avtodayanacaq və kafenin fəaliyyət göstərdiyi park ərazisində xüsusi yaşıllıq zonaları yaradılmışdır. Parkdakı estakada isə gölün mənzərəsini müşahidə etməyə və göl ətrafında gəzintiyə imkan yaradır.

Onu da qeyd edək ki, Suqovuşan kəndi Kiçik Qafqaz dağlarının şimal-şərq ətəklərində dağlıq zona ilə düzənliyin qovuşduğu əlverişli coğrafi ərazidə yerləşir. Bənzərsiz təbiətə malik bu ərazinin saf dağ iqlimi və gözəl təbiət mənzərələri hər kəsi heyran edir. Bölgə əsasən dərin yarğanlarla kəsilmiş yüksək dağlıq, seyrək meşəlik və çəmənliklərdən ibarətdir. Tərtər çayı kənd ərazisindən axır və Suqovuşan su anbarını formalaşdırır.

Qarabağekoturizm.com

Cavab yazın