Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq
Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq

İslam dövlətlərinin turizm nazirləri Bakıda bir araya gəlib

Yazar: Ekoloji Informasiya IB Kateqoriya: Qarabağ Ekoturizm

29

İyn
2022

İslam ölkələri arasında turizm əlaqələrinin inkişafı pandemiyadan sonrakı bərpa prosesini sürətləndirəcək.

Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev iyunun 28-də Bakı Konqress Mərkəzində keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransında qeyd edib.

Konfrans Fuad Nağıyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlama mətninin oxunması ilə işinə başlayıb.

Mətndə İƏT-in Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri olması, 2021-ci ildə Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olmasının 30 illiyinin tamam olması, Azərbaycanın hər zaman İƏT-in fəaliyyətini dəstəklədiyi, üzv dövlətlər arasında həmrəyliyin, birliyin möhkəmləndirilməsi yolunda səylər göstərdiyi qeyd olunub.

Həmçinin salamlama mətnində 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi vurğulanıb.

İƏT-in istər işğal müddətində Azərbaycana qarşı təcavüzü və işğalı pisləyən, ölkəmizin suverenliyini və ərazi bütövülüyünü dəstəkləyən çoxsaylı qətnamə və bəyanatlar qəbul etməsi, istərsə də müharibə zamanı nümayiş etdirdiyi qətiyyətli mövqe və Azərbaycanın haqq işinə dəstək verməsi alqışlanıb.

İşğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən bütün mədəni irsin, İslam dininə aid bütün abidələrin, 67 məsciddən 65-nin yerlə-yeksan edilməsi, digər məscidlərə ciddi zərər vurulması, təhqiramiz əməllər törədilərək yalnız azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edilməsi, ekosid törədilməsi qeyd olunur, İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənistan tərəfindən dağıdılmasının və talan olunmasının qəti şəkildə pislənməsinə görə üzv dövlətlərə və Katibliyə təşəkkür bildirilib.

Mətndə pandemiyadan əvvəlki 3 il ərzində İƏT-ə üzv dövlətlərdən ölkəmizə 3 milyondan çox turist gəldiyi qeyd olunub və qarşıdakı illərdə üzv dövlətlərdən turist axının sürətlənəcəyinə və turizm əlaqələrinin daha da genişlənəcəyinə inam ifadə olunub.

Sonda sessiya çərçivəsində aparılacaq müzakirələrin turizm əməkdaşlığının artırılması üçün yeni ideya və təşəbbüslərin irəli sürülməsinə, qardaş xalqlarımız arasında etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb və sessiyanın işinə uğurlar arzulanıb.

Daha sonra tədbir Fuad Nağıyevin çıxışı ilə davam edib.

Öz çıxışında Fuad Nağıyev görüşün pandemiyadan sonra İslam ölkələrinin turizm rəsmilərinin ilk görüşü olduğunu, konfransın üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm platforma kimi çıxış etdiyini bildirib.

Azərbaycanın İƏT-ə üzv olan dövlətlərlə qarşılıqlı turizm əlaqələrinin inkişaf etməkdə olduğunu, Azərbaycana İslam ölkələrindən gələn turistlərin say nisbətinin ümumi turistlərin 55%-ni təşkil etdiyini, təşkilata üzv ölkələrin əsas şəhərləri ilə Bakı arasında birbaşa uçuşların sayının artması və sadələşdirilmiş viza rejiminin mövcud olmasının bu rəqəmlərin daha da artmasına töhfə verəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Agentlik sədri Azərbaycanda turizm sənayesinin postpandemiya dövründə sürətlə bərpa olunmağa başladığını, artıq ilin ilk 5 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayının keçən illə müqayisədə 118 faiz artdığını qeyd edib.

Fuad Nağıyev Azərbaycanın azad edilmiş torpaqlarında işğal müddətində dini əhəmiyyətli tarixi abidələrin, irs nümunələrinin, məscid və türbələrin məhv edildiyi, dövlətimiz tərəfindən Qarabağın və işğaldan azad olunan digər ərazilərin bərpası istiqamətində irimiqyaslı işlərin görüldüyü haqqında məlumat verib.

O, işğal müddətində İƏT-in və üzv dövlətlərin ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyini vurğulayaraq dağıntıları, eləcə də azad edilən torpaqlarda aparılan yenidənqurma və bərpa işlərini müşahidə etmək üçün qonaqları Şuşaya dəvət edib.

Fuad Nağıyev konfransda qəbul ediləcək Bakı Bəyannaməsində turizm təhsili, ölkələrarası təcrübə mübadiləsi və əməkdaşlıq, həmçinin üzv dövlətlərin özəl sektorunun işğaldan azad olunan ərazilərdə sülhquruculuğu və yenidənqurma işlərinə cəlb olunması imkanlarını yüksək qiymətləndirdiyini bildirib.

Təşkilatın Baş katibi Hissein Brahim Taha konfransın yüksək təşkilatçılığı üçün Azərbaycan tərəfinə təşəkkür edərək, İƏT üzvləri arası turizm əlaqələrinin genişlənməsinin İslam həmrəyliyinə töhfə verdiyini qeyd edib.

Qeyd edək ki, “Turizmin İnkişafında Yerli İcmaların Rolu” mövzusunda keçirilən konfransda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələrlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunub, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar edilib.

________________________________________________________________________________________
Tourism ministers of Islamic states gathered in Baku

The development of tourism relations between Islamic countries will accelerate the post-pandemic recovery.

The Chairman of the State Tourism Agency, Mr. Fuad Naghiyev addressed the audience about it on June 28 at the 11th Session of the Islamic Conference of Tourism Ministers held at the Baku Convdention Center.

The conference started with the reading of the greeting message of the President of the Republic of Azerbaijan H.E. Mr.Ilham Aliyev by Mr.Fuad Nagiyev.

It was noted in the message that the OIC was one of the first international organizations that Azerbaijan became part of after the restoration of its independence, and that in 2021 the Republic of Azerbaijan celebrated the 30th anniversary of its membership in the Organization of Islamic Cooperation, that Azerbaijan has always supported the activities of the OIC, made efforts towards strengthening of the unity within the organization.

It was also emphasized in the text of the greeting that 2017 was declared the “Year of Islamic Solidarity” in our country and Azerbaijan hosted the 4th Islamic Solidarity Games.

It was welcomed by the OIC’s adoption of numerous resolutions and statements, both condemning the aggression and occupation against Azerbaijan during the occupation, supporting the sovereignty and territorial integrity of our country, as well as its resolute position and support for the just position of Azerbaijan during the war.

It was noted that Armenia destroyed all cultural heritage, and all monuments related to the Islam religion, as well as 67 out of 65 mosques, inflicted serious damage to other mosques and insulted the feelings of not only Azerbaijanis, but also Muslims of the whole world, committed ecocide. There was expressed gratitude to the member states and the Secretariat for strongly condemning the destruction and plundering of Islamic historical and cultural monuments and shrines by Armenia.

It was noted in the text that more than 3 million tourists came to our country from the OIC member states during the last 3 years before the pandemic and was expressed confidence in the acceleration of tourist flow from the member states and further expansion of tourism relations in the coming years.

At the end, it was emphasized that the discussions to be held within the framework of the session will serve to put forward new ideas and initiatives to enhance tourism cooperation, strengthen trust and mutual understanding between our brother nations, and success was wished to the session.

Then the event continued with the speech of Mr.Fuad Nagiyev.
In his speech, Mr.Fuad Naghiyev said that this session was the first meeting of tourism officials of Islamic countries after the pandemic, and the conference acted as an important platform for the development of mutual relations among member countries.

He highlighted that the mutual tourism relations with the OIC member states are developing, the number of tourists from Islamic countries coming to Azerbaijan consists 55% of total tourists and expressed his hopes on further growth in the figures due to the simplified visa regime and the increased number of direct flights between the main cities of the member states and Baku.

The Chairman of the Agency noted that the tourism industry in Azerbaijan began to recover rapidly during the post-pandemic period, and the number of foreign citizens arriving in our country during the first 5 months of the year increased by 118 percent compared to last year.

Mr.Fuad Naghiyev informed about the destruction of historical monuments, heritage samples, mosques, and tombs of religious significance during the occupation period in the liberated lands of Azerbaijan and brought into attention large-scale works carried out by our state in the direction of the restoration of Karabakh and other liberated territories liberated from occupation.

Stressing that the OIC and member states always support the rightful position of our country during the occupation, he invited the guests to Shusha to observe the destruction, as well as the reconstruction and restoration works carried out in the liberated lands.

Mr.Fuad Naghiyev pointed out that he highly appreciates the opportunities of involvement of the private sector of member states in peacekeeping and reconstruction in the liberated territories, as well as tourism education, exchange of experience and cooperation between member countries mentioned in the Baku Declaration that will be adopted in the session.

The Secretary-general of the organization H.E.Hissein Brahim Taha applauded the Azerbaijani side for the excellent arrangements and hosting of the conference and noted that the expansion of tourism relations between the OIC members contributes to Islamic solidarity.

It should be mentioned that besides the implementation of the “Strategic Roadmap for Development of Islamic tourism in the OIC Member States” and “Framework For Development And Cooperation In The Domain Of Tourism Between the OİC Member States”, tourism infrastructure projects in member countries, joint tourism researches and promotion, cooperation in tourism exhibitions, development of tourism in Islamic culture and heritage were discussed during the session, there were made presentations on tourism experience of different countries.

Cavab yazın