“Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Müharibənin təsirlərinə məruz qalmış bölgələrdə uşaqlara psixoloji dəstəyin göstərilməsinin gücləndirilməsi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi postmünaqişə dövründə müharibənin təsirlərinə məruz qalan bölgələrdə psixoloqların bilik və bacarıqlarının artırmaqla, uşaqlara keyfiyyətli psixoloji xidmət və psixoloji dəstək göstərmək, uşaq hüquqlarının qorunması və təbliğində psixoloqlarının rolunu gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində Bərdə rayon İcra Hakimiyyəti və Təhsil sektoru ilə əməkdaşlıq çərçivəsində Bərdə rayonunda psixoloqlar üçün seminar həyata keçirilmişdir. Seminarı Bərdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmmədov Asif açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, seminarların postmüharibə dövründə keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Zaur Quliyev çıxış edərək layihənin məqsəd və vəzifələri haqqında məlumat vermiş, seminar iştirakçılarına uğurlar arzulamış, layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat vermiş, Vətən müharibəsində qələbəmizin qazanılmasında igid oğullarımızın qəhrəmanlığından söz açmış, post müharibə dövründə psixoloqların üzərinə də ciddi və məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib.
Digər çıxış edənlər Bərdə Təhsil sektorunun əməkdaşı Vüsal Quliyev layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini vurğulamış, seminara uğurlar arzulamışlar.
Layihə üzrə ekspert, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Elmira Mirzəyeva seminar zamanı müharibənin təsirlərinə məruz qalmış rayonlarda postmüharibə dövründə uşaqların psixoloji durumu, Vətən müharibəsinin gedişində müharibənin acı nəticələri ilə üzləşmiş uşaqlarda yaranmış stress və gərginlik fonunda uşaqlara psixoloji dəstəyin həyata keçirilməsində psixoloqların rolunun gücləndirilməsinin zəruriliyi, məktəb psixoloqunun iş planında şəhid və qazı ailələrinə və övladlarına göstərilən psixoloji xidmətlər , Stress və gərginlik fonunda müharibənin təsirlərinə məruz qalmış uşaqların asudə vaxtının və sosial mühitə inteqrasiya olunmasıın təşkilində məktəb psixoloqunun və uşaq birliyinin rolu, mütəxəssislərin yanma sindromunun profilaktikası təqdimatlar etmiş, iştirakçılarla qarşılıqlı müzakirələr aparılmış, praktiki iş nümunələri həyata keçiriləcəkdir.
Layihənin davamlılığı olaraq, layihə ekspertinin mentor dəstəyi ilə seminarlarda iştirak etmiş psixoloqların hər birinin öz yaşadığı və fəaliyyət göstərdiyi icmada “20 oktyabr- 20 noyabr – Uşaq hüquqları aylığı” çərçivəsində tədbir və psixoloji yardım günlərinin təşkil olunması nəzərdə tutulur
Seminar iştirakçıları olan psixoloqlar vacib və aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, psoxoloji və emosional baxımdan sağlam böyüməsində mühüm rolu olduğunu ifadə etmişlər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuş, xatirə fotoşəkili çəkilmişdir
“Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi