Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq
Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq

Türkiyəli səyahətçilərin Laçına səfəri başlayıb -FOTO

Yazar: Ekoloji Informasiya IB Kateqoriya: Qarabağ bugün

30

Okt
2022

Bu gün Türkiyə Gəzginlər Klubunun səyahətçilərinin Laçına səfəri başlayıb

Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvü Laçına şəhərinə səfər edib.

APA-nın Laçına ezam olunmuş müxbirinin xəbərində görə, səyyahlar Laçınla yaxından tanış olublar.

Qonaqlara şəhər haqqında ətraflı məlumat verilib. Bildirilib ki Laçın şəhəri gözəl füsunkar təbiətə malikdir, düşmən 30 il ərazində buranı talan edib. Səyyarlar Laçın şəhərində erməni vəhşiliyini öz gözləri ilə görüblər.

Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərdə olublar. Hazırda sayca beşini olan bu səfərlərdə, (2021-ci ildə bu qəbildən olan 1, 2022-ci ildə 4 səfər təşkil edilib) ümumilikdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.

Xatırladaq ki, ötən gündən etibarən Türkiyə Gəzginlər Klubunun 30 nəfərlik səyahətçilər heyəti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Heyətə Klubun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir. Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobil yolu ilə Bakı-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl (Xudafərin) -Bakı marşrutu üzrə hərəkət edəcəklər. Sonda Türkiyə Gəzginlər Klubunun səyahətçilərinin Bakıda təəssüratlarına dair brifinq keçirməyi planlaşdırır.

Ötən gün Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvü Şuşa və Ağdamdan olublar. Sabah isə Zəngilan – Ağalı kəndidə olacaqlar.

Cavab yazın