Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq
Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq

Turizm idarəsi Tərtərdə keçirilən ekoloji aksiyada fəallıq göstərib

Yazar: Ekoloji Informasiya IB Kateqoriya: Qarabağ Ekoturizm

15

Mar
2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Qarabağ Regional Turizm İdarəsinin əməkdaşları da fəallıq nümayiş etdiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər-Hindarx avtomobil yolunun İsmayılbəyli kəndi ərazisindən keçən hissəsində ayrılmış 1 hektar ərazidə keçirilən aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Qarabağ Regional Turizm İdarəsinin, 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, şəhid ailələri, veteranlar, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların kollektivləri, könüllülər iştirak ediblər.

Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 500 ədəd Eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qulluq göstərilib.

Cavab yazın