Qarabag.com Qarabağın tarixi abidələri haqqında materialları dərc etməkdə davam edir.
Cəlil türbəsi Füzuli rayonunun Qarğabazar kəndinin yaxınlığındakı qəbiristanlıqda yerləşir.
[Ə.V.Salamzadə. XVI-XIX əsrlərin Azərbaycan memarlığı 1964-cü il., səh. 63]
[Qarabağ: tarix münaqişə kontekstində\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il., səh. 162]
Türbə 1792-1793-cü illərdə memar İbrahim Xəlil tərəfindən ucaldılmışdır. Abidə burada dəfn olunmuş Cəlil adlı şəxsin şərəfinə adlandırılmışdır. Bu, türbənin içərisindəki divarda, qara tuşla yazılmış fars dilində olan şeir yazısı ilə təsdiq edilir:
“Adı Cəlil olan bu dəfn olunanın günahlarını mərhəmətinizlə bağışlayın. Əgər memarı (türbənin) axtaracaqsınızsa, o İbrahim Xəlildir. 1207 h.q. (=1792\93)”.
[Qarabağ: tarix münaqişələr kontekstində\\ Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il., səh. 162]
Sovet və Azərbaycan mənbələrində Cəlil türbəsi haqda o qədər də çox məlumat yoxdur. Lakin 1963-cü ilin “Azərbaycanın memarlıq tarixi” və 1964-cü ilin “XVI-XIX əsrlər Azərbaycan memarlığı” kitablarında Qarğabazar türbəsinin adı çəkilir. Məhz bu məqbərənin Cəlil türbəsi olduğu güman edilir.
1963-cü ilin “Azərbaycanın memarlıq tarixi” kitabında türbənin kərpicdən tikilmiş səkkizguşəli tikili olduğu qeyd edilir. Divar materialı kimi kərpicdən istifadə bu abidəni Arazboyu bölgəsinin XVI-XVII əsrlərə aid səkkizguşəli türbələrindən fərqləndirir. 1964-cü ilin “XVI-XIX əsrlər Azərbaycan memarlığı” kitabında aşağıdakı kimi göstərilir: “Qarğabazar türbəsinin kompozisiya xüsusiyyəti – onun giriş qapısının iri ölçüləridir. Bu xüsusiyyət yalnız yerli türbələr deyil, həm də XVI-XIX əsrlərə aid Azərbaycanın şimalındakı türbələr üçün də qeyri-adidir.
[M. Useynov. L.Bretanitskiy, A.Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il., səh. 314]
[Ə.V. Salamzadə. XVI-XIX əsrlər Azərbaycanın memarlığı 1964-cü il., səh. 63]
Füzulinin 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə türbə dağıdılmışdır.
Başdan-başa bişmiş kərpicdən inşa olunmuş türbə XVII-XVIII əsrlərə aiddir. Türbənin bəzi yerlərində xüsusi memarlıq nümunələri hiss olunur. Qəbir yerləşən otağında altı daş kitabə həkk olunub. Döşəmədən günbəzədək hündürlüyü və divarlarının
Bu məscid Bərdə şəhərinin mərkəzində yerləşmişdir. Əsas giriş qapısının üstündə ərəb rəqəmi ilə 1324-cü il tarixi göstərilib (XX əsrin əvvəli). Ehtimal ki, bu, məscidin bərpa edildiyi tarixdir. Məscidin kim tərəfindən