Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq
Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq

Nüşabə parkı

Zəngin tarixə malik Bərdə Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş qədim bölgələrimizdən biridir. Bərdə haqqında dahi Azərbaycan şairi Nizami Gəncəvinin də əsərlərində bəhs olunur. Məhz Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının qəhrəmanı, Bərdə hökmdarı Nüşabənin heykəli doğma şəhərində ucaldılmış, Heydər Əliyev prospektində onun adını daşıyan park salınmışdır. Bərdənin, ümumiyyətlə Azərbaycanın tarixində çox böyük rol oynayan qadın hökmdar Nüşabənin heykəli əraziyə xüsusi yaraşıq verir. Ümumi sahəsi 0,7 hektar olan parkda şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Nüşabə parkı özündə qədimliklə müasirliyi təcəssüm etdirir. İstirahət məkanının mərkəzində Nüşabənin heykəli qoyulmuşdur. Parkda mövzusu Nizami Gəncəvinin “İsgəndərnamə” poemasından götürülmüş 7 tablo hazırlanmışdır. Tablolarda Nüşabənin İsgəndərlə görüşü, Nüşabənin ağsaqqallarla söhbəti, İsgəndərin alimlərlə məsləhətləşməsi və s. səhnələr əks olunmuşdur.

The Nushabe park

Barda is one of the ancient regions which has rich history and left its mark in the political and cultural life of Azerbaijan. Barda was narrated in Nizami Ganjavi’s works, the poet of genius of Azerbaijan. The hero of exactly the poem “Isgandarname” by Nizami Ganjavi, the monument put up to the ruler of Barda Nushabe in her native town, the park was laid out in the name of her on Heydar Aliyev avenue. The monument put up to the woman ruler of Barda Nushabe generally played a great role in the history of Azerbaijan, specially beautifies the territory. Favourable conditions for the resting of city residents have been created in the park which has the whole area of 0.7 hectares. The Nushabe park is the incarnation of antiquity and modernity. There has been put up the monument to Nushabe in the centre of the recreation place. There has been made 7 poster subjects of which were taken from the poem “Isgandarname” by Nizami Ganjavi. The pictures reflect the meeting of Nushabe and Iskender, the conversation of Nushabe with the old respectable men, Iskender asking scientists’ advice and etc. scenes.

 

Other Services

  • Şirvanli Hamamı – XVIII-XIX ƏSRLƏR

    Hamam Bərdə rayonunun Şirvanlı kəndində XVIII-XIX əsrlərdə Seyid Heydər tərəfindən tikilib. XIX əsrlərdə çox məşhurlaşmış Şirvanlı hamamına nəinki kənd adamları.,eyni zamanda ətraf yerlərdən də camaat gəlirdi. Hamam XX əsrin 70-ci

  • Azıx mağarası

    Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100–120 metr yuxarıda yerləşir. Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900