Bu məscid Bərdə şəhərinin mərkəzində yerləşmişdir. Əsas giriş qapısının üstündə ərəb rəqəmi ilə 1324-cü il tarixi göstərilib (XX əsrin əvvəli). Ehtimal ki, bu, məscidin bərpa edildiyi tarixdir. Məscidin kim tərəfindən tikildiyi barədə dəqiq məlumat yoxdur. Bu məscid əsrin əvvəllərindən 1990-cı ilə qədər gübrə anbarı, məktəb və arxiv binası kimi istifadə olunub. Lakin 1990-cı ildən sonra bu məscid yerli sakin Məşədi Ramazanın şəxsi təşəbbüsü və yerli camaatın vəsaiti hesabına təmir etdirilib.
Düzbucaqlı formada olan məscid binası başdan-başa bişmiş kərpiclə işlənib. İbadət zalının sahəsi 14×12 metr, hündürlüyü 5 metrdir. Məscidin minbəri yeddipilləli olub, taxtadan düzəldilmişdir. Mehrabının hündürlüyü isə 2,5 metrdir və tağvari formadadır. Damın örtuyü ağ dəmir təbəqədəndir. Məscidin minarələri də bişmiş kərpicdən olub, damdan ucaldılmışdır (5 metrdir). Minarələr dəyirmi formada olub, qübbəsi ağ dəmir təbəqə ilə işlənib. Məscidin ön tərəfində açıqşəkilli eyvan yerləşib. Məscidin qadınlar şöbəsi birinci və ikinci mərtəbədədir. Ikinci mərtəbənin sahəsi 12×4 metrdir.
The Cuma Mosque
This mosque is located in the centre of Barda city. The main entrance gates were dated “1324th years” (by Hejira calendar) with the Arabic numerals on (the beginning of XX century). Possibly, this is the reconstruction date of the mosque. There is no exact information about who built the mosque. The mosque was applied as a fertilizer barn, a school and an archive building from the beginning of the XX century till the 1990th year. But after the 1990th year the mosque was repaired on the local resident Meshadi Ramazan’s own initiative and means of local people. The mosque of rectangular shape thoroughly was constructed of burnt bricks. The area of the praying hall is 14×12 meters, the height is 5 meters. The pulpit of the mosque is 7-stepped, and was made of wood. The height of the sanctuary is 2.5 meters and in the arch form. The roof is covered with a layer of white iron. The minarets of the mosque are also made of burnt bricks, elevated above the roof (5 meters). The minarets are in the round shape, the cupola is covered with a layer of white iron. There is a balcony with an open view on the front side of the mosque. The sections of the mosque for women are on the 1st and 2nd floors. The area of the 2nd floor is 12×4 meters.
Zəngin tarixə malik Bərdə Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş qədim bölgələrimizdən biridir. Bərdə haqqında dahi Azərbaycan şairi Nizami Gəncəvinin də əsərlərində bəhs olunur. Məhz Nizami Gəncəvinin “İsgəndərnamə”
Xan Bağı ailəvi istirahət mərkəzi 2015-ci ildə fəaliyyətə başlayıb. Bərdə şəhərində Qasım bəy Zakir küçəsində yerləşir. Burada yerli mətbəxlə yanaşı xarici mətbəx təamlarınada rast gələ bilərsiniz. Ailəvi istirahət mərkəzidir. The