Qarabag.com Qarabağın tarixi abidələri haqqında materialları dərc etməkdə davam edir.
Cəlil türbəsi Füzuli rayonunun Qarğabazar kəndinin yaxınlığındakı qəbiristanlıqda yerləşir.
[Ə.V.Salamzadə. XVI-XIX əsrlərin Azərbaycan memarlığı 1964-cü il., səh. 63]
[Qarabağ: tarix münaqişə kontekstində\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il., səh. 162]
Türbə 1792-1793-cü illərdə memar İbrahim Xəlil tərəfindən ucaldılmışdır. Abidə burada dəfn olunmuş Cəlil adlı şəxsin şərəfinə adlandırılmışdır. Bu, türbənin içərisindəki divarda, qara tuşla yazılmış fars dilində olan şeir yazısı ilə təsdiq edilir:
“Adı Cəlil olan bu dəfn olunanın günahlarını mərhəmətinizlə bağışlayın. Əgər memarı (türbənin) axtaracaqsınızsa, o İbrahim Xəlildir. 1207 h.q. (=1792\93)”.
[Qarabağ: tarix münaqişələr kontekstində\\ Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il., səh. 162]
Sovet və Azərbaycan mənbələrində Cəlil türbəsi haqda o qədər də çox məlumat yoxdur. Lakin 1963-cü ilin “Azərbaycanın memarlıq tarixi” və 1964-cü ilin “XVI-XIX əsrlər Azərbaycan memarlığı” kitablarında Qarğabazar türbəsinin adı çəkilir. Məhz bu məqbərənin Cəlil türbəsi olduğu güman edilir.
1963-cü ilin “Azərbaycanın memarlıq tarixi” kitabında türbənin kərpicdən tikilmiş səkkizguşəli tikili olduğu qeyd edilir. Divar materialı kimi kərpicdən istifadə bu abidəni Arazboyu bölgəsinin XVI-XVII əsrlərə aid səkkizguşəli türbələrindən fərqləndirir. 1964-cü ilin “XVI-XIX əsrlər Azərbaycan memarlığı” kitabında aşağıdakı kimi göstərilir: “Qarğabazar türbəsinin kompozisiya xüsusiyyəti – onun giriş qapısının iri ölçüləridir. Bu xüsusiyyət yalnız yerli türbələr deyil, həm də XVI-XIX əsrlərə aid Azərbaycanın şimalındakı türbələr üçün də qeyri-adidir.
[M. Useynov. L.Bretanitskiy, A.Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il., səh. 314]
[Ə.V. Salamzadə. XVI-XIX əsrlər Azərbaycanın memarlığı 1964-cü il., səh. 63]
Füzulinin 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə türbə dağıdılmışdır.
Beyləqanın rayon mərkəzindən 3-4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşən, sahəsi 8 ha olan “Cərcis Peyğəmbər” ziyarətgahı potensial turizm əhəmiyyətli ziyarətgahlardandır. Ziyarətgaha səfər edənlərin dincəlməsi və dini ainlərin yerinə yetirməsi
Hamam Bərdə rayonunun Şirvanlı kəndində XVIII-XIX əsrlərdə Seyid Heydər tərəfindən tikilib. XIX əsrlərdə çox məşhurlaşmış Şirvanlı hamamına nəinki kənd adamları.,eyni zamanda ətraf yerlərdən də camaat gəlirdi. Hamam XX əsrin 70-ci